Estetik Görünüşü Pozmadan Saç Əkmə Metodu: Dr. Vaqif Abdullayev İzah Edir

Saç tökülməsi problemi ilə üzləşən insanlar üçün ən çətin qərarlardan biri saç əkimi zamanı mövcud saçları tamamilə kəsmək məcburiyyətidir. Xüsusilə də gündəlik həyatda və işdə vizual görünüşü vacib olan şəxslər üçün bu, böyük narahatlıq yaradır. Lakin artıq bu problemə son verən yenilik var – saçları kəsmədən saç əkimi.
Bu üsul artıq Azərbaycanda da tətbiq olunur və sahənin peşəkarlarından biri – Dr. Vaqif Abdullayev bu texnologiyanı Prime Hospital-da uğurla həyata keçirir.
Əməliyyat Necə Olur?
“Unshaven FUE” və ya “No Shave Hair Transplant” adlanan bu texnika, başın arxa hissəsindəki donor bölgədən tək-tək saç köklərinin götürülməsi və saçsız sahəyə yerləşdirilməsi ilə həyata keçirilir. Ənənəvi metodda başın böyük hissəsi qırxılırdısa, bu texnikada yalnız mikro nahiyələr seçilərək lokal kəsim aparılır. Bu isə prosedur sonrası pasiyentin ümumi görünüşündə heç bir dəyişiklik yaratmır.
Dr. Vaqif Abdullayev:
“Bu metod xüsusilə qadınlar, iş adamları və ictimaiyyət arasında olan şəxslər üçün idealdır. Çünki kimsə prosedurdan xəbərdar olmadan, pasiyent təbii görünüşünü qoruyaraq rahat şəkildə gündəlik həyatına davam edir.”
Bu Metod Kimlərə Uyğundur?
Saçlarını qırxdırmaq istəməyən şəxslərə
İşgüzar həyatı aktiv olanlara
Təbii görünüşünü qorumaq istəyən qadınlara
Ətraf mühitə prosedurun hiss olunmasını istəməyənlərə
Qısa sağalma müddəti tələb edənlərə
Saç tökülməsi sizi narahat edirsə, lakin saçlarınızı qırxdırmaq fikri sizi tərəddüdə salırsa, Dr. Vaqif Abdullayevin Prime Hospital-da tətbiq etdiyi saçları kəsmədən saç əkimi üsulu sizin üçün ideal seçim ola bilər. Bu texnologiya ilə siz görünüşünüzü dəyişmədən, təbii və qalıcı nəticələr əldə edə bilərsiniz.
📍 Ətraflı məlumat və konsultasiya üçün:
📞 Əlaqə nömrəsi: 0558985020