Saç əkimi haqqında məlumat

Saç əkimi haqqında qısa bir məlumat:

Bizim klinikada 100 % zəmanətli saç əkimi icra edilir.

Saç əkimi əksər hallarda ən çox rast gəlinən Androgenetik Alopesiya (kişi tipli saç tökülmə) zamanı icra edilir.
Saç əkimi əksər hallarda yerli keyitmə ilə(lokal anesteziya) icra olunur, bəzi hallarda çox həssas pasiyentlərdə sedasiya (narkoz) ilə yatızdırılıb icra edilir.
Saç əkimi ortalama 6-7 saat davam edir, təbii ki, əkilən saçların qraftların sayından aslı olaraq sərf olunan zaman dəyişə bilir.

Saç əkimi FUE üsulu ilə icra olunur.
Saç kökləri bir-bir donor zonadan (gicgah və ənsə nahiyyədən), xüsusi cihazla götürülür, saç alımı zamanı biz digər mərkəzlərdən fərqli olaraq bir neçə panç (kəsici frezer) istifadə edirik, pançlar kütləşdikcə saç kökləri zədələnə bilir, ona görə bir əməliyyatda 2-3 panç istifadə edirik!
Sonrakı mərhələdə, toplanan saçlar sayılır və xüsusi steril qablarda soyuq şəraitdə və xüsusi məhlulda saxlanılır(saç köklərinin ömrünü uzatmaq üçün).
Növbəti etapda, saç tökülən nahiyyədə (Alopesiya nahiyyəsində), xüsusi Sapfir bıçaq ucluqlu qələmlə dəliklər (kanallar) açılır və toplanılan saçlar bir-bir həmin dəliklərə yerləşdirilir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir